DÜNYA


Fələstin Səhıyyə Nazirliyi: İsrailin aviazərbələri nəticəsində 20 nəfər həlak olub

Bakı, 10 may, AZƏRTAC

İsrailin Qəzzə sektoruna endirdiyi aviasiya zərbələri nəticəsində 20 fələstinli həlak olub, 65 nəfər yaralanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Fələstin Səhıyyə Nazirliyi məlumat yayıb. Ölənlərin arasında doqquz uşağın və bir qadının olduğu bildirilir.

Şərqi Qüdsdə bir neçə gündür ki, toqquşmalar davam edir. Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, bazar gününə keçən gecə İsrail polisi ilə toqquşmalarda 80 fələstinli yaralanıb. Mayın 10-da iğtişaşlar yenidən bərpa olunub. Yaralananların sayı ümumilikdə 331 nəfərə yüksəlib.

Ordunun məlumatına əsasən, Qəzzə sektorundan İsrail ərazisinə onlarla raket atılıb. İsrail hərbçiləri buna cavab olaraq HƏMAS hərəkatının obyektlərinə aviazərbələr endirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.