DÜNYA


Fələstin lideri ərəb ölkələri əleyhinə siyasi bəyanatları qadağan edib

Qahirə, 9 sentyabr, AZƏRTAC

Fələstin Prezidenti Mahmud Abbas ölkə daxilində ərəb dövlətlərinə, o cümlədən İsraillə münasibətləri normallaşdıran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı ittihamlar irəli sürülən siyasi bəyanatları qadağan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə rəsmi WAFA agentliyi məlumat yayıb.

Mahmud Abbasın mətbuat katibi Nabil Əbu Rudineh jurnalistlərə müsahibəsində bildirib ki, Fələstin ərəb dövlətləri ilə qarşılıqlı hörmət əsasında qardaş münasibətlərini qoruyub saxlamaq niyyətindədir.

Avqustun 13-də BƏƏ və İsrail ABŞ-ın vasitəçiliyi ilə münasibətlərin normallaşdırılması barədə bəyanat veriblər. Sentyabrın 15-də isə Vaşinqtonda iki ölkə arasında diplomatik əlaqələrin qurulması barədə tarixi sənədin imzalanacağı gözlənilir. Artıq BƏƏ və İsrailin nümayəndə heyətləri arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir neçə sənəd imzalanıb və onların qarşılıqlı səfərləri həyata keçirilir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.