ELM VƏ TƏHSİL


Fəlsəfə İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 18 yanvar, AZƏRTAC 

AMEA-nın Fəlsəfə İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı “Azərbaycanın müstəqilliyi yolunda 20 Yanvar faciəsinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə 20 Yanvar faciəsinin Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şərəfli səhifəsi olduğunu qeyd edib. Şəhidlərimizin xatirəsinin daim ehtiramla anıldığını deyən İ.Məmmədzadə ulu öndər Heydər Əliyevin həmin faciəli günlərdə xalqı ilə birgə olduğunu və sovet ordusunun törətdiyi terror hadisələrinə qarşı etiraz etdiyini vurğulayıb.

Sonra “20 Yanvar faciəsi hüquqi müstəvidə”, “20 Yanvar Azərbaycan xalqının tarixində hüzn və qürur günü” və “Azərbaycanda qanlı yanvara gətirib çıxaran və sonrakı illərə də təsir etmiş hadisələrə fəlsəfi baxış” mövzularında məruzələri dinlənilib.

Çıxış edənlər 20 Yanvarı yalnız faciə deyil, eyni zamanda, millətin özünəqayıdışı kimi qiymətləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.