ELM VƏ TƏHSİL


Fəlsəfə İnstitutunda Nəsimiyə həsr olunmuş “Poeziya dəqiqələri”

Bakı, 18 mart, AZƏRTAC

AMEA-nın Fəlsəfə İnstitutunda “Nəsimi ili”nə həsr edilən “Poeziya dəqiqələri” adlı tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi işlər üzrə direktor müavini, dosent Eynulla Mədətli Nəsimi poeziyasının fəlsəfəsindən söz açıb. O, Nəsimi fəlsəfəsinin insanı kamilliyə gedən yolun təriqət, həqiqət və mərifət məqamlarından keçirərək ən ali məqama – həqiqətə yüksəltdiyini xüsusi qeyd edib. İmadəddin Nəsiminin Azərbaycan ədəbi dilinə verdiyi töhfələri diqqətə çatdıran alim deyib: “Nəsimi insanı ucaldan şairdir, bu, onun poeziyasının özəlliklərindən biridir. Nəsimi dünyası bütün dinlərdən ucada durur, çünki o, bütün dinlərə eyni münasibətlə yanaşırdı. Bunları onun yaradıcılığında da görmək mümkündür. Ona görə Nəsimi yaradıcılığına yanaşanda bu məqamlara xüsusi diqqət yetirməliyik”.

Sonra institutun əməkdaşları Nəsiminin qəzəllərindən nümunələr səsləndiriblər.

Tədbirdə tanınmış şair, tərcüməçi Səlim Babullaoğlu və “525-ci qəzet”in redaktoru, tənqidçi-ədəbiyyatşünas Seyfəddin Hüseynli çıxış edərək səslənən şeirlər haqqında fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.