ELM VƏ TƏHSİL


Fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanında 60-dan çox namizəd iştirak edib

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da AMEA-da fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

Koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin qaydaları nəzərə alınaraq imtahanlar AMEA-nın Mərkəzi Elmi Kitabxanasının binasında müxtəlif saatlarda təşkil olunub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplayanlar, eyni zamanda, DİM tərəfindən beynəlxalq dil sertifikatı təsdiqlənmiş namizədlər iştirak ediblər.

İmtahan komissiyasının sədri, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə çıxış edərək iddiaçılara uğurlar arzulayıb. Alim elmin inkişafının fəlsəfəsiz mümkün olmadığını qeyd edərək, bu sahənin dərindən öyrənilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu, alim və tədqiqatçılara araşdırma apararkən metodoloji cəhətdən mühüm nailiyyətlər əldə etməyə imkan verəcək.

Komissiya sədri imtahana hazırlıq üçün proqramların təqdim olunduğunu bildirib, namizədlərə hazırlaşmaları üçün hər cür imkan yaradıldığını diqqətə çatdırıb.

İmtahanlarda ümumilikdə 60-dan çox namizəd iştirak edib. Fəlsəfə fənnindən məqbul alan şəxslər ixtisas imtahanına buraxılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.