MƏDƏNİYYƏT


“Fəna” tamaşası onlayn göstəriləcək

Bakı, 14 may, AZƏRTAC

Dövlət “Yuğ” Teatrı Orxan Fikrətoğlunun “İtki” və bir neçə hekayəsi əsasında hazırladığı “Fəna” tamaşasını sənət ocağının sosial şəbəkədəki hesabları vasitəsi ilə bu gün onlayn nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, rejissor Mir Sahib Ağazadənin quruluşu əsasında göstəriləcək səhnə əsərində rəsmlərin quruluşu Əməkdar rəssam Rəşid Şərifə məxsusdur.

Saat 19:00-da göstəriləcək səhnə əsərində aktyorlar Qasım Nağı, Natəvan Qeybani, Oqtay Mehdiyev və başqaları iştirak edəcək.

“Özü”nü itirmiş bir kişi birdən-birə bunun fərqinə varır. Xanımı və dostu ilə bunun necə baş verdiyini araşdırmağa çalışır. Sonradan məlum olur ki, sən demə onlar da “özlərini” itiriblərmiş. Çox çək-çevirdən sonra hər üçü öz fitrətlərini insan surətində görüb “özləri”nə qayıdırlar.

Janrı “bir nəfəslik mərifət oyunu” kimi təqdim olunan tamaşada Mərcan Dədənin musiqilərindən istifadə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.