İDMAN


“Fənərbağça” Türkiyə kubokunun dörddəbir finalına yüksəlib

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 21-də Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin cavab oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. “Fənərbağça” doğma meydanda “Kayserispor”u 2:0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib. “Başaksəhər” isə səfərdə “Kirklarelispor”un qonağı olub. Qolsuz bərabərlik qeydə alındığı oyunda İstanbul klubu növbəti mərhələyə vəsiqə qazana bilməyib. Buna səbəb “Başakşəhər”in meydanında keçirilən birinci oyunda hesabın 1:1 olmağıdır.

Beləliklə “Fənərbağça” və “Kirklarelispor” Türkiyə kubokunun dörddəbir final mərhələsinə vəsiqəni təmin ediblər.

Qeyd edək ki, Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin digər cavab oyunları yanvarın 22 və 23-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.