İDMAN


“Fənərbağça” klubu Aykut Kocamanla yollarını ayırıb

Bakı, 20 iyun, AZƏRTAC

Türkiyənin “Fənərbağça” klubu baş məşqçisi Aykut Kocamanla yollarını ayırıb.

AZƏRTAC xəbər verir ki, “sarı lacivərdlilər” türkiyəli mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyublar. Klubun rəsmi saytı xidmətlərinə görə, Kocamana təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb. Onun yenidən “Konyaspor”a qayıtması gözlənilir.

Klub rəhbərliyinin toplantısında “Fənərbağça”ya baş məşqçi postuna namizədlərin müzakirəsi aparılıb. Səsvermə nəticəsində komandanın sükanı arxasına PSV-nin baş məşqçisi Fillip Kokunun gətirilməsi qərara alınıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.