İDMAN


“Fənərbağça” klubu “Çelsi”nin hücumçusunu icarəyə götürüb

Bakı, 24 yanvar, AZƏRTAC

İstanbulun “Fənərbağça” futbol klubu nigeriyalı hücumçu Viktor Mozesi heyətinə qatıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 28 yaşlı hücumçu İngiltərənin “Çelsi” klubundan 2020-ci ilin yayınadək icarəyə götürülüb.

Karyerasına İngiltərənin “Kristal Palas” klubunda başlayan hücumçu “Viqan Atletik”, “Liverpul”, “Stok Siti” və “Vest Ham” klublarının heyətində forma geyinib.

Mozes Nigeriya millisinin heyətində keçirdiyi 37 oyunda 12 dəfə fərqlənib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.