İDMAN
“Fənərbağça” klubu Serbiya millisinin baş məşqçisi ilə üçillik müqavilə imzalayıb
Bakı, 7 iyul, AZƏRTAC
Jelko Obradoviçin gedişindən sonra “Fənərbağça” basketbol klubu “Jalgiris”in baş məşqçisi Şarunas Yasiskyaviçyusla anlaşmağa yaxın olsa da, bu baş tutmayıb.
AZƏRTAC xəbər verir ki, litvalı mütəxəssisin “Barselona”ya yollanması İstanbul klubunu yeni variantlar haqda fikirləşməyə vadar edib. İstanbul təmsilçisi isə İqor Kokoşkov ilə üçillik müqavilə imzalayıb. 2017-ci ildə Sloveniya millisinə tarixində ilk dəfə Avropa çempionluğu qazandıran təcrübəli mütəxəssis İstanbula MBA-da mövsüm başa çatdıqdan sonra gələcəyini açıqlayıb: “Fənərbağça” ailəsinin bir üzvü olacağıma görə çox xoşbəxtəm. Doğrusu, çox həyəcanlıyam.”Fənərbağça” böyük tarixi olan klubdur və onun ənənələrindən xəbərdaram. Mən dünyanın ən böyük idman klublarının birində çalışacağam. “Fənərbağça” rəhbərliyi və azarkeşlərinin önündə məsuliyyət daşıyacağam. Komandanın uğur qazanması üçün əlimdən gələni edəcəyəm”.
Serbiyalı mütəxəssis hazırda “Sakramento”da köməkçi məşqçi vəzifəsində çalışır. O, Sloveniyaya Avropa çempionluğu qazandırdıqdan sonra MBA-da “Finiks”in baş məşqçisi təyin olunmuşdu. Mütəxəssis 2019-cu ildən Serbiya millisini çalışdırır.