İDMAN


“Fənərbağça” yarımmüdafiə xəttində ciddi itki ilə üzləşib

Bakı, 29 iyun, AZƏRTAC

Türkiyənin “Fənərbağça” futbol klubu yarımmüdafiə xəttində ciddi itki ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Mehmet Ekici zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Superliqanın 29-cu turunun “Yeni Malatyaspor”la matçın 76-cı dəqiqəsində (3:2) zədələnən 30 yaşlı yarımmüdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, M.Ekici cari mövsümdə “Fənərbağça”nın heyətində 9 oyunda iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.