ELM VƏ TƏHSİL
Fənlər üzrə işçi qruplarının iclasında buraxılış imtahanı üçün proqramların müzakirəsi aparılıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan dili, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili fənləri üzrə iclasların gündəlik məsələsi tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün proqramların müzakirəsi olub.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, müzakirələrdən öncə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərə baxılıb və həmin dərsliklərin 2022-ci il nəşrləri ilə əvvəlki illərin nəşrləri müqayisə edilərək fərqlər müəyyən olunub. Dərsliklərdə olan yeniliklər, dəyişikliklər nəzərə alınmır.
İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.
Oktyabrın 24-də müzakirələr davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]