ELM VƏ TƏHSİL


Fənn aylıqlarında fərqlənən şagirdlər mükafatlandırılırlar

Bakı, 16 aprel, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində fənn aylıqları keçirilir.

BŞTİ-dən AZƏRAC-a bildiriblər ki, paytaxt məktəblərində mütəmadi olaraq keçirilən fənn aylıqlarının əsas məqsədi şagirdlərin müxtəlif fənlərə marağını, onların bilik və bacarıqlarını daha da artırmaq, müəllimləri tədris prosesində yaradıcı fəaliyyətə təşviq etmək, onların nümunəvi iş təcrübəsini nümayiş və təbliğ etməkdir.

Aylıqlar zamanı ayrı-ayrı fənlərə aid “açıq dərs”, konfrans, seminar, mühazirə, disput, “dəyirmi masa”, viktorina, sorğu, kitab müzakirələri, müsabiqə, yarış və sərgilər təşkil olunur. Həmçinin divar qəzetləri, stendlər, guşələr, bülletenlər hazırlanır, məktəblilər tədqiqatlara cəlb edilir, onların bilik və bacarıqlarını yoxlamaq üçün monitorinqlər aparılır.

Aylıqlar çərçivəsində məktəblilər üçün ekskursiyalar da təşkil olunur.

Fənn aylıqlarında fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.