ELM VƏ TƏHSİL


Fənn müsabiqələri və Lütfi Zadə adına məntiq olimpiadasının final turu mayın 15-də keçiriləcək

Bakı, 7 may, AZƏRTAC

Respublika fənn müsabiqələrinin və Lütfi Zadə adına məntiq olimpiadasının final turu mayın 15-də keçiriləcək.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, final turunda iştirak etmək üçün şagirdlər mayın 6-dan 13-dək buraxılış vərəqəsini əldə edə bilərlər. Buraxılış vərəqəsinin yüklənməsi prosesi https://portal.edu.az/ platforması vasitəsilə həyata keçiriləcək.

Buraxılış vərəqəsi əldə etməkdə problem yaşayan şagirdlərin təhsil aldıqları ümumtəhsil müəssisələri və ya yerli təhsil idarəetmə orqanlarına müraciət etmələri xahiş olunur.

Müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.