ELM VƏ TƏHSİL


Fənn müsabiqələrinin final mərhələsində 4700-dək şagirdin iştirakı nəzərdə tutulub

Bakı, 11 iyun, AZƏRTAC

Ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında təşkil olunan V respublika fənn müsabiqələrinin final mərhələsi iyunun 21-də keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təşkilat komitəsinin qərarı ilə final mərhələsi Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, İsmayıllı, Ağdaş, Şəki, Şəmkir, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində reallaşacaq. Final mərhələsində 4.700-ə yaxın şagirdin iştirakı nəzərdə tutulub.

Müsabiqənin rayon (şəhər) mərhələsində ümumilikdə 26 minə yaxın şagird iştirak edib. Müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib.

Fənn müsabiqələrinin yekun nəticələrinə əsasən, yeni tədris ili üçün beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagird seçimi ediləcək. Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması da nəzərdə tutulur.

Qeyd edək ki, məktəblilərarası fənn müsabiqələri ilk dəfə 2014-cü ildə 972 şagirdin iştirakı ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.