ELM VƏ TƏHSİL


Fənn olimpiadalarının ilk mərhələsinə Bakı üzrə 4 mindən çox şagird iştirak edib

Bakı, 27 yanvar, AZƏRTAC

Respublika fənn olimpiadalarının şəhər mərhələsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 4 mindən çox şagirdi iştirak edib.

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, olimpiadaların şəhər mərhələsi paytaxtdakı 14 imtahan mərkəzində təşkil edilib. IX, X, XI, həmçinin xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirak etdiyi respublika fənn olimpiadalarının şəhər mərhələsi Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə təşkil olunub.

Respublika fənn olimpiadalarının şəhər mərhələsinin nəticələri www.portal.edu.azwww.olimpiada.edu.az saytları və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə yanvarın 30-dan elan olunacaq.

Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan maraqlarının artırılmasından ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.