ELM VƏ TƏHSİL


Fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, final turunda 300-dən çox şagird iştirak edib. Şagirdlərə açıq tipli tapşırıqların həlli üçün 3 saat vaxt verilib. Yoxlama və yazı işlərinə baxış prosesindən sonra nəticələr olimpiada.edu.az saytında yerləşdiriləcək.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.