DÜNYA


Fərdi kompüterlər üçün “Skype” versiyası yenilənib

Bakı, 2 noyabr, AZƏRTAC

"Microsoft" korporasiyası bir neçə aylıq sınaqlardan sonra fərdi kompüterlər üçün yenilənmiş "Skype" əlavəsini rəsmən istifadəyə verməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, şirkətin məlumatına görə, proqramın yeni versiyasından "Windows", "Mac" və "Linux" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğularda yararlanmaq olar. Hazırda "Skype" bütün platformalarda eyni şəkildə görünür və fərdi kompüter, smartfon, planşet, "Xbox" qurğusu, "ağıllı" kolonka və servisdən istifadənin mümkün olduğu bütün qurğular arasında məlumatların sinxronlaşmasını dəstəkləyir.

Bundan başqa, "Skype" əlavəni tam fərdi etməyə imkan verən yazılı mətnləri də dəstəkləməyə başlayıb. Yeni çatlar siyahısı kontaktları vaxta, oxunmamış məlumatlar və ya statusa görə ardıcıl düzməyə imkan verir. Həmçinin sürətli istifadə üçün istifadəçilərin və ya qrupun adını yazmaq imkanından yararlanmaq mümkündür.

Bildirilir ki, əlavə ilə daha rahat işi təmin etmək məqsədilə "Microsoft" daxil olan bütün məlumatların, qrup danışıqlarında xatırlatmalar və sitatların saxlanıldığı yeni bildirişlər panelini təqdim edib. Bildirişlər panelindəki müvafiq bölmənin üzərinə toxunmaqla, məlumatın göndərildiyi çata birbaşa keçid etmək olur.

Bundan əlavə, videokonfranslar zamanı smaylik və stikerlər vasitəsilə emosiyaları da ifadə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.