İQTİSADİYYAT


Fərdi sahibkarlar tərəfindən 49,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Bakı, 9 avqust, AZƏRTAC

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-iyul aylarında 49,3 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalıb, qeyri-neft-qaz sektorunda isə 10,7 faiz artıb.

Sənaye məhsulunun 75,6 faizi mədənçıxarma sektorunda, 20,5 faizi emal sektorunda, 3,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 15,3 faiz artıb.

Emal sektorunda nəqliyyat vasitələrinin istehsalı 3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,6 dəfə, əczaçılıq məhsullarının istehsalı 2 dəfə, elektrik avadanlıqlarının istehsalı 63,9 faiz, mebel istehsalı 56,5 faiz, geyim istehsalı 52 faiz, maşın və avadanlıqların istehsalı 39 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 34,5 faiz, hazır metal məmulatlarının istehsalı 32,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 29,4 faiz, poliqrafiya məhsullarının istehsalı 26,5 faiz, tikinti materiallarının istehsalı 24,9 faiz, kimya sənayesi məhsullarının istehsalı 18 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 17,2 faiz, kağız və karton istehsalı 16,7 faiz, qida məhsullarının istehsalı 11,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 9,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 0,8 faiz artıb.

Tütün məmulatlarının istehsalı 2,4 faiz, içkilərin istehsalı 6,9 faiz, neft məhsullarının istehsalı 11,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 24,6 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,8 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.