İQTİSADİYYAT
Fərdi sahibkarlar vergi uçotuna necə alınır?

Bakı, 22 iyun, AZƏRTAC
Vergi Məcəlləsinin müddəalarına əsasən fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar, vergi orqanı tərəfindən vergiödəyicisi olan fiziki şəxslər uçota alındıqda yaşadıqları ünvan barəsində məlumatlar onların şəxsi məlumatlarına daxil edilir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qeyd olunanları nəzərə alaraq vergiödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.
Uçota alınma “ASAN xidmət” mərkəzlərində, mərkəzlərin olmadığı şəhər və rayonlarda isə vergidəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.