ELM VƏ TƏHSİL


Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq edilib

Bakı, 9 sentyabr, AZƏRTAC

Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmruallayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, tədris planı üzrə ibtidai təhsil səviyyəsində dərslər həftədə 3, ümumi orta təhsil səviyyəsində 3-4 gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur. İbtidai və ümumi orta təhsil səviyyələri üzrə tədris ili iki yarımilə bölünür:

-birinci yarımil: 15 sentyabr – 26 yanvar;

-ikinci yarımil: 1 fevral – 14 iyun.

Tədris ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

-payız tətili: 16-20 noyabr (5 gün);

-qış tətili: 27-31 yanvar (5 gün);

-ibtidai siniflər üçün əlavə tətil: 1-5 may (5 gün).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.