CƏMİYYƏT


Fərdi təsərrüfatlardan oğurluq edən şəxslər cinayət məsuliyyətinə cəlb olunublar VİDEO

Bakı, 17 avqust, AZƏRTAC

Zərdab rayonunda ayrı-ayrı şəxslərə məxsus fərdi təsərrüfatlardan xırdabuynuzlu heyvanlar oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zərdab, Göyçay və Qəbələ Rayon Polis şöbələri əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri - Göyçay rayon sakini Səfa Xəlilov və Qəbələ rayon sakini Şamil Əlibəşirov tutulublar.

Araşdırma zamanı onların Zərdab rayonunun Gödəkqobu kənd sakininin həyətindən 33 baş qoyun-quzu oğurladıqları məlum olub. Həmçinin Zərdab Rayon Polis Şöbəsində dəstə üzvü Ş.Əlibəşirovla bağlı aparılan əməliyyat tədbirləri zamanı onun Qəbələ rayonunun Topbağ kəndində daha bir nəfərin həyətindən əlavə 43 baş qoyun oğurladığı da sübuta yetirilib.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.