CƏMİYYƏT


Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 161,6 min nəfər artıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Bu il oktyabrın 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 milyon 690 min 120 nəfər təşkil edir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 161 min 654 nəfər və ya 4,6 faiz çoxdur.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fərdi uçot sistemində fərdi hesabı olanların sayının çoxalması sosial sığorta sistemində aktiv iştiraka marağın getdikcə artmasının nəticəsidir. Sistemdə qeydiyyata alınan hər bir şəxs gələcəkdə pensiya təminatı hüququna malik olmaq üçün pensiya kapitalı toplamaq imkanı qazanır.

Nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vasitəsilə sığortaolunanlar fərdi hesablarında toplanan pensiya kapitalları barədə məlumat öyrənə, onlar üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesinə nəzarət edə bilərlər.

Sığortaolunanların fərdi hesablarında toplanan sığorta kapitalının hər il indeksləşdirilərək artırılması təmin olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.