ELM VƏ TƏHSİL


Fərdin informasiya mədəniyyətinin qiymətləndirilməsi problemləri tədqiq olunub

Bakı, 26 noyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2020-ci il üzrə hesabatı müzakirə olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, hesabatı təqdim edən mərkəzin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova cari ildə yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verib. Qeyd edib ki, mərkəzdə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqaməti üzrə tədqiqatlar aparılıb. O, fərdin informasiya mədəniyyətinin qiymətləndirilməsi problemləri, jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları, intellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyasının analizi ilə bağlı tədqiqatların davam etdirildiyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.