SİYASƏT


Fergus Ould: Yaxın enerji tərəfdaşımız Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycan qazını Avropaya daşıyan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsindən məmnun oldum.

AZƏRTAC xəbər verir ki, bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould özünün tviter hesabında yazıb.

Səfir bildirib ki, interkonnektorun istifadəyə verilməsi Şərqi Avropanın enerji xəritəsində yeni başlanğıcdır. “Bizim yaxın enerji tərəfdaşımız Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur”, - deyə diplomat qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.