ELM VƏ TƏHSİL


Fərhad Cabbarov: Qərbi Azərbaycan tarixi daha dərindən araşdırılmalıdır

Fərhad Cabbarov: Qərbi Azərbaycan tarixi daha dərindən araşdırılmalıdır

Bakı, 27 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə nitqi soydaşlarımızın tarixi torpaqlarına qayıtması, həmçinin Qərbi Azərbaycan tarixinin daha dərindən öyrənilməsi sahəsində strateji yanaşmanı ortaya qoyur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarov deyib. O bildirib ki, vaxtilə öz doğma yurd yerlərindən didərgin düşmüş azərbaycanlıların geri dönməsi məqsədilə xüsusi konsepsiyanın hazırlanmasına dair tövsiyə isə dövlətin və cəmiyyətin bu mühüm məsələnin icrasına daim hazır olmasına bir çağırışdır.

Prezidentin bu məsələlərin məhz dinc yolla, beynəlxalq hüquq normaları çərçivəsində baş verəcəyini vurğulaması Azərbaycanın sülhsevərliyini, beynəlxalq hüquq, ədalət prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir. “Görüşdə Prezidentin bildirdiyi mühüm fikirlərindən biri də Qərbi Azərbaycanın tarixinə dair əsərlərin yazılması, onların xarici dillərə tərcümə olunması və dünyada yayılması ilə bağlı tövsiyə idi. Alimlər qarşısında mütəmadi olaraq qoyulan bu məsələ hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir və gələcəkdə yeni araşdırmalara təkan verəcək”, - deyə F.Cabbarov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.