MƏDƏNİYYƏT


Fərhad Rəhimli Türkiyədə vokalçıların müsabiqəsində birinci yeri tutub

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycanlı tələbə Fərhad Rəhimli Türkiyədə vokalçıların müsabiqəsinin qalibi olub. Müsabiqə “TRT Music” telekanalı ilə yayımlanıb.

AZƏRTAC telekanala istinadla xəbər verir ki, yüzlərlə iştirakçı arasından seçilmiş həmvətənimizin çıxışı hamını riqqətə gətirib. Onun ifası münsiflər heyətinin üzvü Koray Avcının və verilişin aparıcısı Duyqu Atakanın gözlərini yaşardıb.

Fərhad Rəhimlinin səsinin bənzərsiz olduğunu etiraf edən Koray Avcı deyib: “Qoy o, daha oxumasın, çünki mən ağlamaq istəmirəm”.

Müsabiqə şərtlərinə görə, qalib gəlmiş iştirakçının münsiflər heyətinin üzvü ilə duet oxumaq hüququ var. Fərhad bu hüququndan istifadə edərək bəstəkar, müğənni və musiqi tənqidçisi Koray Avcı ilə duet oxuyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.