İDMAN


Ferhat Arıcan: Azərbaycanda gimnastikanın bölgələrdə inkişafı üçün böyük potensial var

Ferhat Arıcan: Azərbaycanda gimnastikanın bölgələrdə inkişafı üçün böyük potensial var

Şəki, 9 dekabr, AZƏRTAC

Azərbaycana hər dəfə gəldiyimdə özümü rahat, öz evimdəki kimi hiss edirəm. Çünki burada yüksək qonaqpərvərliyin şahidi oluram. Hər dəfə dünya kuboku yarışlarında iştirak etmək üçün ölkənizə gələndə çıxışım azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanır. Təbii ki, bunlar sevindiricidir.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Şəkidə Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 illiyinə həsr olunmuş qala-şouda iştirak edən kişi idman gimnastikası üzrə Tokio Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat Avropa çempionu, türk Ferhat Arıcan deyib.

Dəvətə görə AGF-ə təşəkkürünü bildirən F.Arıcan tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyib: “Adətən Bakıya gəlirdim. İlk dəfədir Şəkidəyəm. Bir gün gəzmək imkanım oldu. Şəki çox tarixi bir yerdir. Burda Xan sarayında və alban kilsəsində oldum, gördüklərim yaxşı mənada məni heyrətləndirdi. Havanın təmiz olmasını xüsusi vurğulamaq istərdim”.

Azərbaycanda idman infrastrukturunun yüksək səviyyədə olduğunu xatırladan türk idmançı bildirib ki, ölkənizdə gimnastikanın təkcə paytaxtda deyil, bölgələrdə də inkişaf etdirilməsi üçün potensial böyükdür. Bu istiqamətdə Azərbaycan Gimnastika Federasiyasının mühüm addımlar atdığını bilirəm. Ümid edirəm ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına azərbaycanlı və türk idmançılar lisenziya qazanacaq və birgə medallar uğrunda mübarizə aparacağıq.

Qeyd edək ki, birgə yarışlara dekabrın 11-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.