CƏMİYYƏT


Fərid Abbasbəyli : Regionlarda yaşayan gəncləri də könüllü olmağa çağırırıq

Bakı, 14 yanvar, AZƏRTAC

Son illərdə Azərbaycanda könüllülük hərəkatı geniş vüsət alıb. Könüllülər ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərin təşkilində əhəmiyyətli rol oynayırlar. Dövlətimiz tərəfindən könüllülərə xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi də bu diqqətin bariz nümunəsidir.

Fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşən Fərid Abbasbəyli könüllülük fəaliyyətinin onun həyatını dəyişdiyini, topladığı təcrübənin karyerasında önəmli rol oynadığını bildirib.

O deyib: “2014-cü ildə “ASAN xidmət”də könüllülər sırasına qoşuldum. Könüllü olmazdan əvvəl insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirdim. Lakin burada bu sahədə zəngin təcrübə qazandım. Könüllü kimi çalışdığım müddətdə vətəndaşlarla, müxtəlif təbiətli insanlarla ünsiyyət quraraq özümü inkişaf etdirdim. Bu isə həyatımda və karyeramda mənə böyük kömək oldu”.

Hazırda maliyyə sektorunda çalışdığını bildirən F.Abbasbəyli gəncləri ilkin təcrübə qazanmaq üçün məhz könüllülər sırasına qoşulmağa çağırıb. O bildirib: “Xüsusilə regionlarda yaşayan gəncləri könüllü olmağa çağırırıq. Çünki bu, onların bütün həyatını dəyişəcək bir təcrübə ola bilər. Dövlətimizin başçısının 2020-ci ili “Könüllülər ili” elan etməsi dövlətimizin tərəfindən bu sahəyə necə böyük önəm verildiyini göstərir. Bu, bizə sevinc bəxş etməklə yanaşı, həm də böyük stimul verir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.