İDMAN


Fərid Abbasov: Aydın Süleymanlı Moskvada keçiriləcək “Aeroflot Open” turnirinə ciddi hazırlaşır

Bakı, 29 yanvar, AZƏRTAC

Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan “Tata Steel Chess 2020” festivalının “Qualifer turnirində Aydın Süleymanlı 5,5 xalla dördüncü oldu. Şahmatçımız bu yarışda birinci yeri tuta bilərdi. Çünki bundan əvvəl oynadığı yarışlarda rəqiblərin əmsalları daha yüksək idi. Düşünürəm ki, həyəcanlı olduğu üçün potensialından tam istifadə edə bilmədi.

Bu sözləri yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi, beynəlxalq qrossmeyster Fərid Abbasov AZƏRTAC-a müsahibəsində deyib.

O qeyd edib ki, A.Süleymanlı fevralın ikinci hissəsində Moskvada keçiriləcək ənənəvi “Aeroflot Open” turnirində çıxış edəcək. Aydın hazırda bu turnirə hazırlaşır. İnanıram ki, Moskvada təşkil ediləcək yarışda yüksək nəticələrə imza atacaq.

Xatırladaq ki, Aydın Süleymanlı ötən il Hindistanda keçirilən 14 yaşlı şahmatçılar arasında dünya çempionatının qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.