CƏMİYYƏT


Fərid Cəfərov: “Şuşa İli”ndə “ASAP Forum 2022”nin keçirilməsi bizi çox sevindirir VİDEO

Bakı, 28 iyul, Həsrət Mahmudova, AZƏRTAC

“Şuşa İli”ndə xaricdə təhsil alan gəncləri birləşdirən “ASAP Forum 2022”nin keçirilməsi bizi çox sevindirir.

AZƏRTAC xəbər verir ki, bunu “ASAP Forum 2022”nin açılış mərasimində Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib.

“Forumda 23 müxtəlif ölkədə təhsil alan 300-ə yaxın gənc iştirak edir. İyulun 31-dək davam edəcək forum çərçivəsində müxtəlif dövlət qurumlarının nümayəndələri və ictimai şəxslərlə görüşlər olacaq. Eyni zamanda, gənclərimiz özləri forumun müxtəlif panellərində müzakirələr apararaq, fərqli sahələr üzrə layihələr həyata keçirəcək, təşəbbüslər irəli sürəcəklər”, - deyə icraçı direktor əlavə edib.

Fərid Cəfərov qeyd edib ki, gənclərimiz dövlət tərəfindən dəstəklənən və Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən xaricdə təhsillə bağlı gənclər proqramından yararlanırlar. Bundan başqa, dövlətimizin başçısının Sərəncamı ilə iyulun 22-də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiqlənib. Bu strategiyada da gənclərlə bağlı məsələlər əksini tapıb.

“Bu forumda həm də digər dövlət dəstəyi mexanizmləri barədə gənclərimizə məlumat verilir. Həmçinin gənclərimizin vahid amal uğrunda sosiallaşması, Azərbaycan həqiqətlərinin yaşadıqları ölkələrdə təbliği, onların təcrübə aldıqdan sonra yüksəkixtisaslı mütəxəssis kimi ölkəmizdə fəaliyyəti məsələləri müzakirə olunur. Xüsusilə də işğaldan azad olunmuş ərazilərin dirçəlməsi uğrunda gənclərin verəcəkləri töhfələr ətrafında fikir mübadiləsi aparılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.