İDMAN


Fərid Qayıbov Azərbaycan idmançıları ilə görüşüb

Bakı, 5 avqust, AZƏRTAC

Avqustun 4-də gənclər və idman naziri Fərid Qayıbov son vaxtlar qitə və dünya çempionatlarında ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşün əvvəlində cüdo, güləş, taekvondo və qılıncoynatma növlərində idmançılarımızın son bir ayda qazandıqları uğurları əks etdirən videoçarx nümayiş etdirilib.

İdmançıları salamlayan nazir Fərid Qayıbov onları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib. Bildirib ki, hər dəfə belə görüşlərə dəvət olunan idmançıların sayı daha da çoxalır. Bu isə qazanılan uğurların artmasının bariz nümunəsidir: “Uğur asan başa gəlmir. Hər medalda bir çox insanın zəhməti var. Yarışlar zamanı sizinlə həyəcanlanır, hər birinizin uğuruna sevinirik”.

Görüşdə iştirak edən idmançılar çıxış etdikləri yarışlar və qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.