Fərid Qayıbov: Bir çox federasiyanın fəaliyyətində effektivlik göz qabağındadır
AzerTAg.az

Bakı, 4 fevral, AZƏRTAC
Ölkəmizdə idman federasiyalarının təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar öz bəhrəsini verməkdədir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər gənclər və idman naziri Fərid Qayıbovun yanvar ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində yer alıb.
“Bir çox federasiyanın fəaliyyətində effektivlik göz qabağındadır. Bu sözləri Azərbaycan Qış İdmanı Federasiyasına da aid etmək olar. Federasiya tərəfindən ölkəmizdə qış idman növlərinin inkişafı, yerli idmançıların yetişdirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Sevindirici haldır ki, bu günlərdə Avropa Gəncləri Qış Olimpiya Festivalında ölkəmizi fiqurlu konkisürmə üzrə milli komandamızın üzvü, 14 yaşlı Səbinə Əliyeva təmsil etdi. Eləcə də yerli və gənc idmançılarımızın xizək alpinizmi üzrə dünya kuboku yarışlarında iştirakı qış idman növlərində gələcək uğurlara doğru ilk addım oldu”, - deyə nazir qeyd edib.
Xəbərin mətnində orfoqrafik səhv var