CƏMİYYƏT


Fərid Qayıbov: Gənclik evlərinin bundan sonra daha aktiv fəaliyyət göstərəcəyi gözlənilir VİDEO

İstanbul, 25 sentyabr, AZƏRTAC

Gənclər və idman naziri kimi Türkiyəyə ilk səfərimdir. Bir neçə gün əvvəl Özbəkistanda keçirilən Türk Şurasının İdman Nazirlərinin Görüşündə türkiyəli həmkarımla yenidən bir araya gəldik və memorandum imzalandı. Burada da bir neçə görüşümüz oldu. Bu görüşlərdə gələcək əməkdaşlıq məsələləri müzakirə edildi.

AZƏRTAC xəbər verir ki, bu barədə İstanbulda keçirilən “Texnofest” Festivalını ziyarət edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bildirib.

Azərbaycanda 30-dan çox Gənclik evinin fəaliyyət göstərdiyini deyən nazir qeyd edib ki, bu evlərin daha da fəal işləməsi üçün danışıqlar aparılır. Bununla əlaqədar bir sıra planlar var. Gənclik və İdman Nazirliyi nəzdində müəyyən şöbələr bu evlərlə işləyir və onların fəaliyyəti yenidən təhlil edilir. Pandemiya ilə əlaqədar uzun zaman bağlı qalan, xüsusilə regionlardaki Gənclik evlərinin bundan sonra daha aktiv fəaliyyət göstərəcəyi gözlənilir.

Nazir festivaldaki Azərbaycan stendinə baxış keçirib, burada iştirak edən gənclərimizlə görüşüb.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.