İDMAN


Fərid Qayıbov Taekvondo Federasiyasının fəaliyyəti ilə tanış olub

Bakı, 25 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Taekvondo Federasiyasının fəaliyyəti ilə tanış olub.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, taekvondo üzrə milli komanda üzvləri ilə görüşən Fərid Qayıbov onların məşq proseslərini izləyib, federasiyasında yaradılmış şəraitlə maraqlanıb.

Azərbaycan Taekvondo Federasiyasının icraçı vitse-prezidenti Nağı Səfərov nazirə federasiyanın fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.