CƏMİYYƏT


Fərid Qayıbov intellektual inkişaf sahəsində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov intellektual inkişaf sahəsində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Gənclər Evində keçirilən görüşdə səkkiz gənclər təşkilatının, eləcə də Sumqayıtda fəaliyyət göstərən gənclər birliklərinin rəhbərləri iştirak ediblər.

Nazir əvvəlcə Sumqayıt Gənclər Evinin fəaliyyəti ilə tanış olub və burada yaradılmış şəraitlə maraqlanıb.

Söhbət zamanı ölkəmizdə gənclərin intellektual hərəkata marağı qeyd olunub. Şən və hazırcavablar klublarının rəhbərləri ölkə xaricində iştirak etdikləri yarışlar, qazandıqları uğurlar barədə məlumat veriblər. Kompüter oyunları sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri hazırda bütün dünyada bu hərəkatın sürətlə inkişaf etdiyini və ölkəmizin də bu proseslərdə fəal təmsil olunduğunu bildiriblər.

Görüşdə bu sahədə sistemli işin qurulması, xüsusilə də regionlarda təşəbbüslərin artırılması və dəstəklənməsi üçün layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb, qeyri-hökumət təşkilatları ilə yerli gənclər və idman idarələrinin daha sıx əməkdaşlığının əhəmiyyəti qeyd olunub. Gənclərin virtual məkanda fəaliyyətinin səmərəli istiqamətə yönəldilməsi üçün müvafiq tətbiqlərin hazırlanması, eləcə də düşərgə-məktəb formatında düşərgələrin təşkili məsələsi müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.