SİYASƏT
Fərid Şəfiyev: Antalya Diplomatiya Forumu beynəlxalq münasibətlər baxımında mühüm platformadır
Antalya, 11 mart, AZƏRTAC
Antalya Diplomatiya Forumu (ADF) beynəlxalq münasibətlər baxımından mühüm platformadır. Azərbaycan bu forumda geniş tərkibdə təmsil olunur. Panellərdə və ikitərəfli debatlarda mühüm müzakirələr aparılacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev forumun məqsədlərini şərh edərkən ifadə edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Administrasiyasının himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan Antalya Diplomatiya Forumunda dünyanın əksər ölkələrindən QHT təmsilçiləri də iştirak edirlər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya