Fərid Şəfiyev: Azərbaycan-Çexiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir
AzerTAg.az

Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycanla Çexiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunur. İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev fevralın 6-da Azərbaycanla Çexiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş hibrid konfransda deyib.
İki ölkə arasındakı əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslandığını bildirən BMTM-nin İdarə Heyətinin sədri vurğulayıb ki, Azərbaycan-Çexiya əməkdaşlığının inkişafında siyasi dialoq, qarşılıqlı rəsmi səfərlər, parlamentlərarası əməkdaşlıq mühüm rol oynayır.
Fərid Şəfiyev iki ölkə arasında enerji sahəsində əlaqələrin genişləndiyini də diqqətə çatdırıb.
Xəbərin mətnində orfoqrafik səhv var