Fərid Şəfiyev: Azərbaycan da islamofobiyanın qurbanıdır
AzerTAg.az
Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan da öz növbəsində islamofobiyanın qurbanıdır. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü dövründə və təəssüf ki, indi də Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilir. Münaqişə dini xarakter daşımır, amma çox təəssüf ki, Qərb mətbuatı münaqişəyə din donu geyindirməyə çalışır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev söyləyib.
“Beynəlxalq hüquqa əsasən, ölkələrin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək məsələsinə gəldikdə, qeyd etməliyəm ki, Avropada Azərbaycana münasibət Gürcüstan, Ukrayna və Moldova ilə bağlı münaqişələrə münasibətdə tamamilə fərqlənir. Təbii ki, konfransda bu məsələ də müzakirə olunacaq və elmi cəhətdən təhlil ediləcək”, - deyə Fərid Şəfiyev qeyd edib.
Xəbərin mətnində orfoqrafik səhv var