CƏMİYYƏT


Fərid Şəfiyev: Azərbaycanın və Türkiyənin beyin mərkəzləri sıx əməkdaşlıq edirlər

Bakı, 13 may, AZƏRTAC

"Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü" adlı konfrans Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və bizim dəyərli tərəfdaşımız olan Türkiyənin Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunan ikinci tədbirdir. Birinci tədbir qardaş ölkənin paytaxtı Ankara şəhərində keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında söyləyib.

F.Şəfiyev deyib ki, Azərbaycanın və Türkiyənin beyin mərkəzləri ilə sıx əməkdaşlıq edirlər.

Azərbaycan və Ermənistan münasibətləri barədə də fikirlərini bölüşən BMTM-in İdarə Heyətinin sədri bildirib: “Düşənbədə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib. Görüşdə əsas müzakirə mövzusu sərhədlərin delimitasiyası olub. Hər iki ölkənin müvafiq nazirlikləri sülh sazişi üzərində işə başlayıblar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.