Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Fərid Şəfiyev: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müasir dövrün tələblərinə cavab verən düşüncə mərkəzi olacaq VİDEO

Fərid Şəfiyev: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müasir dövrün tələblərinə cavab verən düşüncə mərkəzi olacaq VİDEO

Bakı, 23 aprel, Ayla Sadıq, AZƏRTAC

Son vaxtlar Azərbaycanda idarəetmənin çevikliyini və səmərəliliyini artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşmanı təmin etmək məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu struktur islahatları həyata keçirilir. Bu struktur islahatlarının tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 6 fevral tarixli Fərmanı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılıb. Dövlət başçısının 2019-cu il 19 aprel tarixli Fərmanı ilə isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq olunub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev AZƏRTAC-a məxsusi müsahibəsində mərkəzin fəaliyyət istiqamətlərindən, görəcəyi işlərdən danışıb. Müsahibəni təqdim edirik.

-Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradıldı. Mərkəzin fəaliyyət istiqamətləri, görəcəyi işlər barədə məlumat vermənizi xahiş edirik.

-Əvvəla, qeyd etmək istəyirəm ki, biz Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Azərbaycanın müasir dövrünün tələblərinə cavab verən düşüncə mərkəzi olmasına çalışacağıq. Mərkəzin fəaliyyətində üç əsas istiqamət olacaq. İlk növbədə, biz ölkə rəhbərliyi, dövlət qurumları üçün müvafiq arayışlar, məruzələr hazırlayacağıq. Burada məqsəd ölkəmizdə, qonşuluqda və ümumiyyətlə, qlobal miqyasda baş verən hadisələri təhlil etmək, Azərbaycana potensial təhdidləri müəyyənləşdirmək, onlara cavablar hazırlamaq, ölkəmizin iştirak etdiyi layihələr haqqında rəy bildirmək və sairdir.

İkinci istiqamət Azərbaycanda fəaliyyət göstərən digər düşüncə mərkəzləri ilə əməkdaşlıq etməkdir. Biz istərdik ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi açıq platforma olsun. Biz hər hansı bir mübahisəli məsələ yarandıqda, təbii ki, dövlətin siyasətini dəstəkləyirik. Amma həm də alternativ fikir olarsa, onun ətrafında müzakirə aparmaq və bu alternativ yanaşmanın, mövqenin nə dərəcədə Azərbaycanın maraqlarına uyğun olub-olmamasını müəyyən etmək istərdik. Biz istərdik ki, Azərbaycanın digər tədqiqat mərkəzləri, eləcə də bu sahə ilə məşğul olan beynəlxalq tədqiqat mərkəzləri ilə əməkdaşlıq edək və əlaqələndirmə mexanizmi yaradaq.

Üçüncü istiqamət xaricdə mövcud olan beyin mərkəzləri ilə əməkdaşlıqdır. Biz Azərbaycanda baş verən hadisələrə, ilk növbədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün aspektlərə onların diqqətini cəlb etmək istəyirik. Eyni zamanda, xarici siyasətimizin istiqamətləri, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən böyük layihələrlə bağlı həmin tədqiqat mərkəzləri ilə müzakirələr aparmaq fikrindəyik. Biz, həmçinin Azərbaycanla bağlı elmi araşdırmaların kəmiyyətini və keyfiyyətini artırmaq niyyətindəyik. Bu məqsədlə biz müqavilə əsasında xarici ekspertləri, mütəxəssisləri işimizə cəlb etməyi planlaşdırırıq. Eyni zamanda, çalışacağıq ki, bizim ekspertlər xaricdə təcrübə qazansınlar, araşdırmalar aparsınlar və bu təcrübəni Azərbaycana gətirsinlər.

-Mərkəzin yaradılmasına dair Fərmanda Azərbaycanın xarici siyasət prioritetləri, xüsusilə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üzrə fəaliyyətin əhatə dairəsini artırmaq qurumun qarşısında duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib. Bununla bağlı nə deyə bilərsiniz?

-Bu, əsas məqsəddir və bizim işimizin 60-70 faizini təşkil edəcək. Bizim fikrimiz var ki, Mərkəzin nəzdində ermənişünaslıq tədqiqat mərkəzi açaq. Ermənistanı hərtərəfli öyrənməliyik, onun siyasətini, iqtisadiyyatını, tarixini, ədəbiyyatını bilməliyik. Biz düşünürük, həmçinin burada erməni dili kursu açaq. Hesab edirəm ki, Azərbaycanda erməni dilini bilən mütəxəssislər azdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra araşdırmalar aparılır. Məqsədimiz münaqişə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq mütəxəssislərə çatdırmaq, onlarla sıx əməkdaşlıq etməkdir. Bunun müxtəlif formaları var - seminarların, konfransların təşkili, mütəxəssislərin fikir mübadiləsi və sair. Yəni, mexanizmlər mövcuddur. Artıq bu istiqamətdə müəyyən işlər aparılır. Biz bu işləri yeni səviyyədə, mütəşəkkil şəkildə aparacağıq.

-Mərkəzin beynəlxalq əlaqələrinin qurulması istiqamətində hansı addımları atmağı düşünürsünüz?

-Formal olaraq, biz artıq bir neçə düşüncə, tədqiqat mərkəzi ilə əlaqələr qurmuşuq, müvafiq memorandumlar imzalamışıq. Qeyd etdiyim kimi, əməkdaşlığın müxtəlif formaları var – birgə seminarların, konfransların keçirilməsi. Digər forma isə müəyyən araşdırmalar aparmaq, mövzular üzrə birgə iş və mütəxəssislərin mübadiləsini həyata keçirməkdir. Mən bu yaxınlarda Qazaxıstana səfər edəcəyəm. Orada müxtəlif düşüncə mərkəzləri var. İki mərkəzlə əməkdaşlıq barədə memorandum imzalayacağıq. Kanadanın Toronto Universitetinin Avropa, Rusiya və Avrasiya Tədqiqat Mərkəzi ilə artıq memorandum imzalamışıq. Biz çalışacağıq ki, qısa zamanda bu cür sazişlər, memorandumlar imzalayaq və konkret işə başlayaq. Təbii ki, bizim mərkəz hələ formalaşır. Təxminən iki aydan sonra biz tam fəaliyyətə başlaya biləcəyik.

-Azərbaycanın xarici siyasətinin gündəliyində bir neçə məsələ var. Onlardan biri də Avropa İttifaqı ilə sazişin imzalanması məsələsidir. Bu sazişin əməkdaşlığın inkişafı üçün əhəmiyyəti barədə fikirlərinizi bilmək maraqlı olardı.

-Bildiyiniz kimi, hazırda Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanmasına dair danışıqlar aparılır. Bu, çox önəmli sazişdir. İlk növbədə, Azərbaycanın Avropa İttifaqı ilə tam bərabərhüquqlu bir saziş imzalamasından söhbət gedir. Biz Avropa İttifaqı ilə sıx əməkdaşlıq etmək istəyirik və bu əməkdaşlıq tam bərabərhüquqlu olmalıdır. Bizim üçün önəmli məsələ Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı məsələsidir. Birmənalı olaraq qeyd etmək istərdim ki, bu məsələ sazişdə öz əksini tapacaq. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Avropa İttifaqının son bir neçə ildə mövqeyinə nəzər salsaq görərik ki, 2017-ci ildə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində dövlətlərin ərazi bütövlüyü və suverenliyi məsələsi öz əksini tapıb. Bundan başqa, ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədi paraflanıb. Həmin sənəddə də bu məsələ öz əksini tapıb.

İmzalanacaq sazişdə bir sıra digər məsələlər də öz əksini tapacaq, məsələn iqtisadi, humanitar və s. məsələlər. Məlumdur ki, bizim bir neçə vacib nəqliyyat, enerji layihələrimiz var. Avropa İttifaqı bu layihələrə böyük maraq göstərir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, sənədin 90 faizi ilə bağlı işlər artıq həll olunub. Təbii ki, hər iki tərəf bu sənəddən faydalanmaq istəyir. Avropa İttifaqı istəyir ki, Azərbaycan bazarına daxil olsun. Azərbaycan da öz növbəsində, Avropa bazarına daxil olmaq istəyir. Nəzərə almalıyıq ki, bizim yerli istehsalçılarımız var. Biz onları qorumalıyıq. Misal üçün, mən bu vəzifəyə təyin olunmamışdan əvvəl Azərbaycanın Çexiyada səfiri işləyirdim. Çexiyada və ya Avropa İttifaqının Şərq ölkələri arasında müəyyən narazılıq mövcuddur. Qərb ölkələri onlara bazarda təzyiq göstərir, müəyyən qanunlar qəbul olunur, tələblər irəli sürülür və Avropa İttifaqının nisbətən yeni üzvləri çətinlik çəkirlər. Ona görə ki, onların bazarlarının keyfiyyəti o dərəcədə yüksək deyil. Hesab edirəm ki, məhz bununla bağlı avroskeptisizm cərəyan edir. Ona görə, Avropa İttifaqının bürokratiyası müəyyən tələblər irəli sürür və Çexiya, Polşa, Macarıstan kimi ölkələrin yerli istehsalçıları çətinlik çəkirlər. Biz bunu nəzərə alaraq istəyirik ki, Azərbaycanın istehsalçıları bu məsələdə çətinlik çəkməsinlər. Təbii ki, bu sənəd həm bizim üçün, həm də Avropa İttifaqı üçün faydalı olacaq. Biz çalışmalıyıq ki, bizim məhsullarımızın keyfiyyəti yüksəlsin, dünya standartlarına tam uyğun olsun. İstəyirik ki, bu problemlərlə, bürokratik əngəllərlə üzləşməyək və müəyyən texniki məsələləri özümüz üçün asanlaşdıraq.

Fərid Şəfiyev: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müasir dövrün tələblərinə cavab verən düşüncə mərkəzi olacaq VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO