SİYASƏT


Fərid Şəfiyev: Ermənistan dinc sakinlər arasında daha çox itkiyə səbəb olmaq üçün hücumu gecə saatlarında həyata keçirib

Bakı, 18 oktyabr, AZƏRTAC

Hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparılır və BMTR TŞ-nin qətnamələrinə əsasən bu ərazilər mübahisəli deyil, işğal olunmuş ərazilərdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Avropanın nüfuzlu “Deutsche Welle” Televiziyasına müsahibəsində səsləndirib.

O, oktyabrın 17-də Ermənistanın Gəncəyə reallaşdırdığı “Skad” raket hücumundan da danışıb və bunun hərbi əməliyyatlar başlayandan bu yana ikinci dəfə baş verdiyini deyib: “Gəncə şəhəri cəbhədən 100 km uzaqlıqda yerləşir. Sonuncu dəfə İraq müharibəsi zamanı Səddam Hüseyn “Skad” raketlərindən istifadə edib. Təəssüf ki, Ermənistan dinc sakinlər arasında daha çox itkiyə səbəb olmaq üçün hücumu gecə saatlarında həyata keçirib. Biz oktyabrın 10-da Moskvada humanitar atəşkəslə bağlı razılığa gəlmişdik. Lakin, təəssüf ki, razılaşmanın səhəri günü Ermənistan ilk dəfə Gəncəyə hücum həyata keçirdi. Təbii ki, biz hərbi səhnədən danışıqlar masasına keçmək istəyərik, lakin Ermənistan tərəfdən bununla bağlı heç bir müsbət addım görmürük. Bunun baş verməsi üçün Ermənistan anlamalıdır ki, bizim torpaqlarda hərbi əməliyyatları dayandırmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.