SİYASƏT


Fərid Şəfiyev: Hazırda Ermənistan cəmiyyətində Azərbaycanofobiya hökm sürür

Bakı, 6 may, AZƏRTAC

Ermənilər İkinci Qarabağ müharibəsindən əvvəl və postmüharibə dövründə əhali arasında, eyni zamanda, mediada başqa millətlərə və irqlərə qarşı ayrı-seçkilik, ksenofobiya və ədavətdən istifadə ediblər. Ermənistan cəmiyyətində Azərbaycana qarşı düşmən münasibət davam edir. Bu ölkədə Azərbaycanofobiya genişlənməkdədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

O deyib ki, bu il yaradılmasının ikinci ilini qeyd edən BMTM-in apardığı sonuncu araşdırma məcburi köçkünlərin və qaçqınların problemləri ilə bağlıdır. Ölkəmizdə bu kateqoriyadan olan insanlar ötən 27 il ərzində əzab-əziyyət çəkiblər, psixoloji sarsıntı keçiriblər. Torpaqlarımızın işğaldan azad edilməsinə baxmayaraq, bu məsələ daim diqqət mərkəzində saxlanılacaq.

Faşist Qareqin Njde tərəfindən təməli qoyulan nəzəriyyənin bu gün erməni liderləri və cəmiyyətin digər nüfuzlu şəxsləri tərəfindən geniş istifadə olunduğunu qeyd edən F.Şəfiyev diqqətə çatdırıb ki, hazırda Ermənistan cəmiyyətində Azərbaycanofobiya hökm sürür. Njdenin siyasətini indi Köçəryan-Sarkisyan cütlüyü davam etdirir. Ən acınacaqlısı isə odur ki, bu siyasət Ermənistanın dövlət siyasətində əsas qol kimi aparılır. Erməni cəmiyyəti də rəhbərlərinin xəstə təxəyyülünə inanır və artıq bu siyasətlə, mifologiya ilə zəhərləniblər.

BMTM-in İdarə Heyətinin sədri vurğulayıb ki, ermənilər hətta 1915-ci il hadisələrindən “erməni soyqırımı” kimi istifadə edərək, təzyiq göstərməyə çalışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.