CƏMİYYƏT


Fərid Şəfiyev: Müsəlmanlara qarşı mədəni, siyasi baxımdan qərəzli münasibət bəslənilir

Fərid Şəfiyev: Müsəlmanlara qarşı mədəni, siyasi baxımdan qərəzli münasibət bəslənilir

Bakı, 15 mart, AZƏRTAC

Müsəlmanlara qarşı mədəni, siyasi baxımdan qərəzli münasibət bəslənilib. Bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsində münaqişənin heç bir dini tərəfi olmasa da, ermənilər özlərindən dini rəvayətlər uyduraraq ölkəmizə qarşı ərazi iddiası irəli sürüblər. Azərbaycan 30 il ərzində Ermənistanın işğalçı təcavüzünə məruz qalıb. Biz tarix boyu müsəlmanların təcrid olunmasını görürük.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda bildirib.

“İslamofobiya anlayışının həm də dövlətlərin təhlükəsizliyinə, ərazi bütövlüyünə, iqtisadiyyatına və sosial məzmunlara ciddi təsiri var. İslamofobiya doğurduğu nəticələr baxımından müxtəlif kontekstlərdə mövcuddur”, - deyə Fərid Şəfiyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.