SİYASƏT
Fərid Şəfiyev: Sərhəddə baş verən hadisələr göstərdi ki, tarixə bir daha nəzər salmalıyıq
Bakı, 27 sentyabr, AZƏRTAC
Son vaxtlar sərhəddə baş verən hadisələr bir daha sübut etdi ki, biz tarixə bir daha nəzər salmalıyıq. Biz münaqişə çərçivəsində yeni gündəlik üzərində çalışırıq.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar keçirilən tədbirdə deyib.
Fərid Şəfiyev bildirib ki, gündəlikdə 4 əsas məsələ yer alıb. Bunlar sülh sazişinin imzalanması, demarkasiya, delimitasiya və humanitar məsələlərdir.
Qeyd edək ki, tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əməkdaşları, ekspertlər iştirak edirlər.