SİYASƏT


Fərid Şəfiyev: Zəfəri ilə ərazi bütövlüyünü bərpa edən Azərbaycan dinc yanaşı yaşamanın tərəfdarıdır

Bakı, 23 may, AZƏRTAC

Qazaxıstan dost ölkə kimi hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və beynəlxalq arenada bizim yanımızda olub. Biz bu dəstəyə görə Qazaxıstan xalqına və dövlətinə minnətdarıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini və dərinləşməkdə olduğunu diqqətə çatdıran F.Şəfiyev Azərbaycanın regionda irəli sürdüyü sülh təşəbbüslərindən danışıb. Bildirilib ki, Zəfəri ilə ərazi bütövlüyünü bərpa edən ölkəmiz dinc yanaşı yaşamanın tərəfdarıdır. Çünki sülh olmadan sabitlik və inkişaf mümkün deyil.

BMTM-nin İdarə Heyətinin sədri Azərbaycanın bu istiqamətdə səylərini davam etdirməsinə diqqət çəkərək, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşdüyünü xatırladıb. Deyib ki, həmin görüşdə Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinin imzalanması, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, sərhədlərin delimitasiyası, demarkasiyası və digər məsələlərlə bağlı müzakirələrin aparıldığını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.