İDMAN


Fəridə Əzizova V İslam Həmrəyliyi Oyunlarında komandamız üçün növbəti medalı təmin edib

Konya, 10 avqust, Səxavət Quliyev, AZƏRTAC

V İslam Həmrəyliyi Oyunlarında taekvondoçumuz Fəridə Əzizova uğurla çıxış edərək yarımfinala yüksəlib.

AZƏRTAC xəbər verir ki, komandamızın üzvü (67 kq) yarımfinala vəsiqə uğrunda qarşılaşmada Qazaxıstanlı Feruza Yergeşovaya qalib gəlib. O, bununla da özünə minimum bürünc medalı təmin edib.

Qeyd edək ki, taekvondo üzrə komandamızın üzvləri Patimat Abakarova (49 kq) və Cavad Ağayev (68 kq) də yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Xatırladaq ki, bunadək Azərbaycan komandasının üzvləri - atletika üzrə Anna Skidan (çəkicatma) qızıl, Aleksis Kopelyo (üç təkanla tullanma) gümüş və Həşim Məhəmmədov (taekvondo) isə bürünc medal əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.