Fəridə Həsənzadə: çox xoşbəxtəm ki, Azərbaycanı Kral Atçılıq Şousunda təmsil edirəm
AzerTAg.az
London, 17 may, AZƏRTAC
Çox xoşbəxtəm ki, Azərbaycanı Kral Atçılıq Şousunda təmsil edirəm.
Bunu AZƏRTAC-a açıqlamasında Vindzor Kral Atçılıq Şousunda iştirak edən Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” rəqs ansamblının üzvü Fəridə Həsənzadə söyləyib.
“Son iki ildə biz bu şouda qalib ölkənin vətəndaşları kimi başımız dik şəkildə iştirak edirik. Təbii ki, əsas məqsədimiz Qarabağ atlarını dünyaya və ingiltərəli izləyicilərə tanıtmaqdır. Bunun üçün var gücümüzlə çıxış edirik”, - deyə o bildirib.
Fəridə Həsənzadə deyib ki, Azərbaycan nümayəndə heyətinin çıxışına tamaşaçıların verdikləri reaksiyalar, onları ayaq üstə alqışlamaları rəqs ansamblı və süvari dəstəsinin hər il daha güclü istəklə şouda iştirakına səbəb olur.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbərin mətnində orfoqrafik səhv var