REGİONLAR
Fermer və sahibkarlar Yevlaxda “Aqrolizinq” ASC-nin rəhbər işçiləri ilə görüşəcəklər
Bakı, 2 noyabr, AZƏRTAC
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti “Regionlarda maarifləndirmə və sorğu” layihəsini davam etdirir. “Aqrolizinq” ASC-nin bir qrup rəhbər işçiləri bu layihə çərçivəsində noyabrın 3-də Yevlax rayonunda sakinlərlə görüşəcəklər.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, saat 11:00-da Heydər Əliyev mərkəzində keçiriləcək görüşdə Yevlax, Ağdaş, Goranboy, Göyçay və Ucar rayonlarının sakinləri iştirak edəcəklər.
Görüşün əsas məqsədi “Aqrolizinq” ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll olunmasıdır. Görüşdə iştirak etmək istəyən şəxslər Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-611-44-57) müraciət edə bilərlər.