REGİONLAR
Fermerlər mal-qaranın cins tərkibinin süni mayalama yolu ilə yaxşılaşdırılmasında maraqlıdırlar
Göyçay, 5 yanvar, AZƏRTAC
Kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlığın inkişafına göstərilən dövlət dəstəyi Göyçay rayonunda da fermerlərin, eləcə də fərdi təsərrüfat sahiblərinin bu sahəyə marağını artırıb.
Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indi hər kəs mal-qaranın cins tərkibinin dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsində maraqlıdır və bu sahədə süni mayalanmanın imkanlarından istifadə edirlər. Hər buzova görə 100 manat subsidiyanın verilməsi də fermerlərin heyvanların süni mayalanmasına marağını daha da artırıb. Təkcə yola saldığımız 2018-ci ildə rayonda 4034 baş qaramalda süni mayalama aparılıb, 2269 baş cinsi yaxşılaşdırılan buzov doğulub. Bu göstərici ötən illə müqayisədə müvafiq olaraq 588 baş və 508 baş çoxdur.